Çingiz Mustafayev adına radiostansiya satışa çıxarılmayacaq

Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi 102,1 MHs-ə dəyişdirilə bilər.

Yenicag.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10…12 radio proqramı yayımlanır: “Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir”.

Qeyd edək ki, MTRŞ-nın ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan etdiyi müsabiqəyə 5 şirkət – “Real Təhlil və İnformasiya Mərkəzi” MMC, “TV Media Azerbaijan” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC və “OMD Azerbaijan” MMC qatılıb. Onu da əlavə edək ki, bir qrup şəxs ANS ÇM-in satılmaması üçün ölkə rəhbərliyinə müraciət etmişdi.

COP29