Çingiz Mustafayevin adına yazı müsabiqəsi elan edilir

Çingiz Mustafayev adına Fond Milli qəhrəmanın 60 illik yubileyi münasibətilə hərbi vətənpərvərlik mövzusunda “Hərb tariximiz” adlı yazı müsabiqəsi elan edir.

I. Mükafatlandırma

I yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və fotokamera

II yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və “Caran d’Ache qələmi

III yer (1 nəfər) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış buraxılmış və qalibin adl həkk olunmuş VMF saatı və əksi olan ZİPPO alışqanı

Həvəsləndirici mükafat (3 yer) – Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə xüsusi olaraq buraxılmış ZİPPO alışqanı

II. Müsabiqənin şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

• Materialların nəzərdə tutulan mövzunu dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti.
• Müsabiqəyə 2020-ci il aprel ayının 30-dan may ayının 30-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
• Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
• Yazılarda işarə məhdudiyyəti yoxdur.
• Yazıda “Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “Hərb tariximiz” mövzusunda elan etdiyi yazı müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərt deyil.

III. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar aşağıdakı e-mailə göndərilməlidir:

[email protected]

Təqdimat məktubunda yer almalıdır:

• yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və ya iş telefonu, mobil telefonu, e-mail ünvanı;
• yazı təqdim edən şəxsin fotosu;
• müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);
• yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link.

IV. Qaliblərin elan edilməsi

Müsabiqənin təqdimatı iyunun 15-də, Milli Qəhrəman Çingiz Mustafayevin anım günü keçiriləcək.

Əlaqə telefonu:

(012) 345 45 08

(051) 206 42 70