!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çinin "borc diplomatiyası" və Afrika ölkələrinin artan iqtisadi köləliyi - ANALİZ

!Reklam – Yazi

Çinin Afrika qitəsinə marağı artıb. Pekin Afrika ölkələrinə milyardlarla dollar yatırım qoymaqdan çəkinmir. Ancaq bu yatırımlar qarşılıqsız deyil. Misal üçün, Nigeriyanın iqtisadi ekspertləri ölkənin Çinə olan borcunun artması ilə bağlı narahatlıqlarını bildirərək bunun iqtisadi köləlik halına gəldiyini vurğulayırlar.

Mütəxəssislər və qeyri-hökumət təşkilatı olan “Transforming Uplifting and Reforming Nigeria” (TURN) Çindən alınan kreditlərin çox baha başa gəldiyinə və həmin maliyyə ilə ehtiyatlı davranılmasının vacibliyinə inanırlar. TURN prezidenti hökumətin aldığı borcların vətəndaşların və ya doğmamış nəslin gələcəyini ipoteka altına alınmamasına dair xəbərdarlıq edib.

Nigeriya hökuməti borcun risklərini və faydalarını qiymətləndirmək üçün özəl sektordan mütəxəssisləri cəlb etmək və alınan kreditlərin ölkəyə həqiqətən xeyir verməsi üçün bütün lazımi addımları atmalı olduğu qənaətinə gəlib. Nigeriyanın xarici borc getdikcə artır. Nigeriya, əsasən, beynəlxalq maliyyə qurumlarına borcludur. Nigeriya son illərdə Çindən də güzəştli kreditlər cəlb etməyə başlayıb. Bu kreditlərin həcmi isə getdikcə artır. Bu borc Nigeriyada getdikcə narahatlıq doğurur. Ona görə də Nigeriyada mövcud vəziyyəti “iqtisadi köləlik” kimi qiymətləndirirlər.

Çindən kredit alan Afrika ölkələri arasında Zambiya da var.

Noyabr ayında istiqraz sahiblərinə ödənişlərdə borcunu ödəməyən Zambiya ən böyük mis mədənlərindən birini milliləşdirməyə qərar verib. Zambiya bir vaxtlar bölgənin ən çox sərmayə cəlb edən ölkələrindən idi. Zambiya son dövrlər infrastruktur çalışmaları üçün aldığı borcun miqyasını artırıb. Sonda bu Zambiyanı defolt vəziyyətinə gətirib çıxarıb. Zambiyanın Çinə 12 milyard dollar borcu var.

Əsas sual budur: Çin Zambiyaya niyə bu qədər kredit verib? Axı Pekində bilməmiş deyildilər ki, kasıb Afrika Respublikasının borcu qaytarmaq imkanı yoxdur.

Məsələ burasındadır ki, Çin ona borcunu ödəyə bilməyən Zambiyanın enerji və nəqliyyat strukturunu ələ keçirməyə başlayıb. Bundan başqa Çin Zambiyanın zəngin yeraltı resurslarını da ələ keçirmək imkanı qazanıb. Zambiya isə almazıyla zəngindir.

Afrika ölkələrinin, o cümlədən Zambiyanın Çindən artan maliyyə asılılığı Beynəlxalq Valyuta Fondunu narahat edir. Zambiya hər il borclarının fazilərini ödəmək üçün milyardlarla dollar xərcləyir. Yəni Zambiya qazandığından və ya qazana biləcəyindən dəfələrlə çox borc götürür və sonra bunun altından çıxa bilmir. Bu isə Zambiya iqtisadiyyatını dərin böhrana sürükləyir.

Mövcud durum Çini narahat etmir, əksinə Pekin Zambiya kimi ölkələrə borc verməkdə davam edir. Heç bir imkanlı dövlət kasıb dövlətə milyardlarla dollar kredit verməz. Çünki bilirlər ki, həmin dövlətin borcu qaytarmaq resursu yoxdur. Bircə Çin borc verməkdən çəkinmir. Bu siyasətə “borc diplomatiyası” adı verilib. Çin borc verir və sonra borcun əvəzinə həmin ölkələrin infrastrukturlarını ələ keçirir. Bəzi dövlətlər buna etiraz edir, digərləri isə bu “sövdələşməyə” məcbur qalırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv