Çinin dövlətə məxsus neft emal müəssisələri Rusiya ilə yeni müqavilələr imzalamaqdan yayınırlar.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters”in materialında qeyd olunub.
Bildirilib ki, Çinin Asiyada ən böyük neft-emal şirkəti CNOOC, “PetroChina” və “Sinochem” Rusiyadan may ayı üçün göndəriləcək neft alışından imtina ediblər:
“Çinin adları çəkilən şirkətləri onların bu addımlarının Moskvaya dəstək kimi qiymətləndirilməsini istəmirlər. Həmin şirkətlər Rusiya ilə neft ticarətinin Çin hökumətinin ayağına yazılacağından ehtiyatlanaraq, özlərinin Rusiya neftinin alıcısı qismində görülmələrini arzulamırlar”.