Çinin ən mühüm investisiya banklarından biri olan “China Renaissance”ın baş direktoru Bao Fan yoxa çıxıb. Baonun yoxa çıxması Çinin maliyyə sənayesinə yeni məhdudiyyətlər tətbiq edəcəyi ilə bağlı fərziyyələri artırıb.
Yenicag.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. Bildirilir ki, bank heyəti 2 gündür Bao ilə əlaqə saxlaya bilmir.
“China Renaissance” səhmləri bu gün Honq-Konqda erkən ticarətdə kəskin ucuzlaşıb.