Çinin ən yaşlı koronavirus xəstəsi sağaldı

Çinin Uhan şəhərində COVID-19-a yoluxmuş 98 yaşlı qadın xəstəlikdən sağalıb.

Yenicag.az “New York Post”-a istinadən xəbər verir ki, qadın xəstəliyə yoluxmuş 55 yaşlı qızı ilə birlikdə ötən ay, fevralın 13-də xəstəxanaya çatdırılıb. Xu adlı qadın ağır vəziyyətdə olub və temperaturu 40 dərəcəyə qədər yüksəlib.

Buna baxmayaraq, virus əleyhinə müalicə üsullarından sonra sağalıb. Uzunömürlü qadının Çinin ən yaşlı koronavirus xəstəsi olduğu bildirilir.

Son məlumata görə, ölkədə virusa yoluxmuş 47 204 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb./Report/