Çinin “Zhuque-2” (ZQ-2) adlı kommersiya məqsədli kosmik raketinin eksperimental buraxılışı mühərriklərdən birindəki nasazlıq səbəbindən uğursuzluqla nəticələnib.
Yenicag.az xəbər verir ki, bu barədə “LandSpace” özəl kosmik şirkəti məlumat yayıb.
Bildirilib ki, ikinci mərhələ mühərrikində nasazlıq yaranıb: “Hadisənin təfərrüatları araşdırılır”.
Diametri 3,35 metr olan “ZQ-2” kosmik raketinin uzunluğu 49,5 metrə çatır və çəkisi 216 tondur. O, 4 ton ağırlığında faydalı yükü günəş sinxron orbitinə və 6 tonluq yükü isə aşağı Yer orbitinə çatdırma potensialına malikdir. Gələcəkdə “LandSpace” hər il bu raketlərdən 15-ə qədər istehsal etməyi planlaşdırır./Report/