Çinin müdafiə naziri Li Şanfu Rusiyaya səfər edəcək.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefey bildirib.
Səfərin Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacağı və 16-19 aprel tarixlərini əhatə edəcəyi bildirilib.