Çinin raket yanacağını daşıyan ilk gəmi İrana çatdı

Çindən bərk raket yanacağı istehsalı üçün lazım olan materialları daşıyan ilk gəmi İranın Bəndər Abbas limanına çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

“Gəmi izləmə məlumatları göstərir ki, hər biri 1000 ton Çin istehsalı kimyəvi maddə daşıyan iki gəmidən birincisi fevralın 13-də Bəndər Abbas yaxınlığında dayanıb. Bu gəmilərin yükləri İslam Respublikasının hərbi raketləri üçün yanacaq istehsalında əsas rol oynaya bilər”, – məlumatda bildirilib.

CNN-nin yazdığına görə, natrium perklorat yükünün idxalı İsrailin keçən il İranın əsas təsisatlarına ağır hücumlarından sonra Tehranın raket istehsalının normal vəziyyətə qayıtması məqsədi daşıyır.