Çinin son imperatorunun saatı bu qiymətə satıldı – FOTO

Çinin son imperatoru Aisin-Gioro Puyinin qol saatı satılıb.

Yenicag.az xəbər verir ki, “Phillips”in təşkil etdiyi hərracda eyni markalı saatın başlanğıc qiyməti 3 milyon dollar olub.

Adı açqıalanmayan şəxs Puyinin qol saatını 5,1 milyon dollara alıb.

Qeyd edək ki, Puyi 1908-ci ildə, 3 yaşındaykən taxta çıxmış, 1911-ci ildə isə respublika elan edildikdən sonra taxtdan endirilmişdi.