Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çinin uyğurlara qarşı cinayətlərini Yaponiya ifşa edib - Qərbə ötürülən DOSYE

Yaponiya Çində türk-müsəlman uyğurlara qarşı repressiyalar haqda məxfi məlumatları ABŞ və Böyük Britaniyaya ötürüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Kyodo” nəşri yayıb.

Məlumata görə, Yaponiya Çinin Sintszyan-Uyğur Muxtar Regionunda müsəlmanların saxlanıldığı düşərgə və həbsxanalar haqda bilgiləri Qərb dövlətlərinin xüsusi xidmət orqanlarına ötürüb.

Qeyd olunur ki, ABŞ məhz bu məlumatlar əsasında Çini insan haqlarını pozmaqda suçlayaraq, Pekinə qarşı sanksiyalar tətbiq edib. Maraqlıdır ki, Yaponiyanın bu məlumatlardan istifadə zamanı mənbənin göstərilməməsi şərtini irəli sürdüyü vurğulanır.

Nəşrin yazdığına əsasən, Tokionun bu addımı Yaponiyanın “Five Eyes” (“Beş göz”) (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya) alyansının xüsusi xidmət orqanları ilə əməkdaşlığının dərinləşdiyini göstərir.

Bununla belə, Yaponiyanın bu fonda özünün ən böyük ticarət tərəfdaşı olan Çinlə münasibətlərin gərginləşməsində də maraqlı olmadığı bildirilir.

www.yenicag.az

859