Çinlə Yaponiya arasında növbəti gərginlik

13
Çin Sahil Mühafizəsinə məxsus 3 gəmi mübahisəli Senkaku adaları yaxınlığında Yaponiya ərazi sularına daxil olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiyanın sahil təhlükəsizlik xidməti Çin gəmilərinin ərazidən çıxmasını, ölkənin ərazi sularına yaxınlaşmamağı tələb edib.

Avqustun əvvəlində Çinə məxsus iki patrul və altı balıqçı gəmisinin Yaponiyanın ərazi sularına daxil olması rəsmi Tokionun ciddi narahatlığına səbəb olmuşdu. İnsidentlə əlaqədar Çin səfiri Yaponiya xarici işlər nazirliyinə çağırılmışdı, rəsmi Pekin Tokioya qəti etirazını bildirmişdi.

2012-ci ildə Çinin etirazlarına baxmayaraq Yaponiya hökuməti Senkaku adalarını (Çin bu adaları Dyaoyuydao adlandırır) yapon vətəndaşlarından şəxsi mülkiyyətdən satın alaraq milliləşdirib. Rəsmi Pekin isə Senkaku adalarını tarixi Çin əraziləri hesab edir.

Yenicag.az