Ötən gün prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə əfv sərəncamı imzalayıb.
Bu gün isə sərəncamın icrasına başlanılaraq 634 məhbus azadlığa buraxılıb.
Bu münasibətlə Yenicag.az əməkdaşları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində olublar.
Bəzi məhbusları doğmaları qarşılasa da, elələri də olub ki, onlar cəzaçəkmə müəssisəsini təkbaşına tərk ediblər.
Sözügedən cəzaçəkmə müəssisəsindən hazırladığımız videoreportajı təqdim edirik:
Müxbir: Emin Səfərov
Operator: Cəmalə Əlizadə