Çində “it festivalı” üçün kəsilməsi nəzərdə tutulan 100 iti son anda bir müəllimə xilas edib.
Yenicag.az xəbər verir ki, bir müddət əvvəl Çində it əti yemək üçün yarışmaya hazırlıq başlanılıb. Dünya ictimaiyyəti etirazını ifadə etsə də çinli işbazlar buna məhəl qoymayıb.
Lakin çinli bir müəllimə bu vəhşiliyin qarşısını almağı bacarıb. O, hazırda nə az nə çox düz 100 iti öz şəxsi evində saxlayır.