Çinli tədqiqatçılar: “Koronavirus təbii yolla yaranıb”

“Koronavirus sırf təbii yolla əmələ gəlib, laboratoriyada süni şəkildə yaradılması mümkün deyil”.

Yenicag.az xəbər verir ki, belə bir qənaət “Science China Life Sciences” nəşrində dərc edilmiş tədqiqatda yer alır.

Bu qənaəti təkamül nəzəriyyəsi və ondan irəli gələn mülahizələrlə əsaslandıran müəlliflərə görə, müasir SARS-CoV-2 virusu 2003-cü ildə ortaya çıxan SARS-CoV ilə müqayisədə insan orqanizminə daha yaxşı uyğunlaşıb. Bu isə keçirdiyi təkamül yolu ilə izah olunur.

“SARS-CoV-2 böyük şəhərin heyvan bazarında, ələlxüsus da laboratoriyada yarana bilməz. Bu virusun mənşəyini müzakirə edərkən uzunmüddətli uyğunlaşma nəzərə alınmalıdır” – deyə, məqalədə qeyd olunur.

Qeyd edək ki, bugünlərdə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus koronavirusun süni yolla yaradılması ehtimalı olduğunu bildirmişdi.(report)