Çinin ərzaq sənayesinin üzə çıxan dəhşətləri dünyanı heyrətləndirir.
Yenicag.ru-nun məlumatına görə, məhsulun maya dəyərini azaltmaqla böyük gəlir götürməyi hədəfləyən Çin istehsalçıları bütün mümkün variantlara əl atırlar.
Onlar bu məqsədlərinə nail olmaq üçün müxtəlif patoloji dəyişikliklər, hətta onkoloji xəstəliklər yaradan zərərli maddələrdən də gen-bol istifadə edirlər.
Heç kəsə sirr deyil ki, Çin tərəvəzləri qısa müddətdə böyük məhsul götürməyə imkan verən zərərli kimvəyi maddələrlə yetişdirilir.
Sosial şəbəkələrdə Çinin quşçuluq təsərrüfatlarında işçilərin toyuqların çəkisini artırmaq üçün əllərinə keçən maddələrdən istifadə etdiklərini göstərən çoxsaylı videomateriallar yayılıb.
Bundan başqa, sosial şəbəkə istifadəçiləri çinlilərin süni düyü və yumurta hazırladıqlarının da şahidi olublar. Bu siyahını xeyli uzatmaq olar.
Bu videomaterialda isə çinlilərin bütün dünyaya nə yedirdiklərinə baxa bilərsiz.