Cinsi istismara məruz qalan QIZ UŞAQLARI: “Valideynlər bunun fərqində deyillər”

 

“Təəssüf ki, son dövrlər öz əmiləri, dayıları, habelə yaxın qohumlar tərəfindən cinsi istismara məruz qalan qadın sayı artıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında valideynlərin azyaşlı uşaqlarının pedofillərdən qoruma yolları barədə danışan psixoloq Ezgi Şahin deyib.

Onun sözlərinə görə, valideynlər öz azyaşlı uşaqlarına necə zərbə vurduqlarının bəzən fərqində olmurlar:

“Çimərliyə, hovuza apararkən, onları bəzən çılpaq şəkildə buraxırlar, lakin bunun nə qədər önəmli olduğunun fərqində deyillər. Son günlər pasiyentlərim arasında ən azı 10 valideyinə bu barədə məlumat vermişəm. Azyaşlı uşaqlarının cinsi bölgələrinin önəmli olduğunu, bunların heç kəs tərəfindən görülməməsi lazım olduğunu və heç kəsin toxunmamasını onlara öyrətməyin vacibliyini anlatmışam. Qeyd edim ki valideynlər hələ də övladlarının başqaları tərəfindən istifadə edilə biləcəyini çox təəssüf ki, anlamırlar. Təəssüf ki, son dövrlər öz əmiləri, dayıları, habelə yaxın qohumlar tərəfindən cinsi istismara məruz qalan qadın sayı artıb. Onlar da artıq gələcəkdə evlilikdən uzaqlaşan qadın halına çevrilirlər. Çünki özlərini gələcəkdə cinsi obyekt kimi istifadə edirlər”.

Psixoloq qeyd edib ki, övladlarını pedofil insanlar qorumaq istəyən valideynlər qız, yaxud oğlan olmasından asılı olmayaraq, ilk növbədə bunu ona başa salmalı, özəl bölgələrinin onlara aid olmasını və ona heç kəsin toxunmağa ixtiyarı olmadığını anlatmalıdır:

“Xüsusilə, qız uşaqlarının avtobusda sırf ayaq üstə durmasın deyə, başqasının qucağında oturtmaq da düzgün deyil. Pasiyentlərim arasında hazırda universitet tələbəsi olan vaxtilə öz anası tərəfindən şəkillərinin pedofil insanlara satılan qızlar da olub. İndi isə həmin qız öz qeyri-etik şəkillərini özü yaymaqla məşğuldur. Çünki bunun başlanğıc səbəbini onun valideyni yaradıb. Qızın anası qızını bu yoldan çəkindirməyimi xahiş edib. Lakin təməli araşdırsaq, görərik ki, qızın yanlış yolda olmasının səbəbi də ana özüdür. Uşaqların başqaları tərəfindən öpülməsinə icazə vermək, uşaqların cinsi bölgələri ilə müxtəlif zarafatlar etmək çox yanlışdır”.

İsmayıl Bakuvi

COP29