Yenicag.az xəbər verir ki, İtaliyada yaşayan 56 yaşlı Fulvio Pellegrino adlı kişi cinsiyyətini dəyişib. O, “mükəmməl”görünmək üçün xeyli əməliyyat keçirib və 50 min pound (təxminən 115 min manat) pul xərcləyib. Fulvionun dediyinə görə onun ən böyük dəstəkçisi həyat yoldaşıdır.
“Qadın olmaq arzum hələ 15 yaşında ikən var idi. Lakin atam dindar insan olduğundan, belə bir şeyə icazə verməyəcəyini bilirdim. Ona görə, illərdir bu istəyimi gizləmək məcburiyyətində qaldım. İstədiyim bədən quruluşuna nail olmaq üçün bundan sonra da əlimnən gələni edəcəm”, deyə Pellegrino deyib.