!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cırtdanlar” o partiyada birləşir

!Reklam – Yazi

 

091859EF-5457-4BFF-8CFA-BF557A6A9A76_mw1024_s_nPənah Hüseyn: “Bu birləşmə təkcə AXP və KXCP-ni deyil, bir sıra digər partiyaları da əhatə edə bilər”

Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP ilə Pənah Hüseynin rəhbərlik etdiyi AXP birləşmək qərarına gəlib. Artıq bu istiqamətdə iki lider arasında ilkin görüş də keçirilib.

Bu birləşmənin nədən irəli gəldiyini aydınlaşdırmaq üçün Yenicag.az olaraq AXP sədri P. Hüseynlə əlaqə saxladıq. Bizimlə söhbətdə o birləşmə istiqamətində işlərin getdiyini təsdiqlədi: “Hələlik, KXCP sədri Mirmahmud Mirəlioğlu ilə bu barədə danışmışıq. Partiyaların səlahiyyətli orqanlarında da müzakirələr olacaq. Ona qədər isə sıx əməkdaşlıq etmək məsələsində razılıq əldə olunub. Hələ seçkilərdən əvvəl birləşmək barədə qənaətə gəlmişdim. Ölkədə eyni platformada olan, oxşar ideologiya və proqramlarla çıxış edən müxalif siyasi partiyalar var. Onların bir araya gəlməsi, resurslarını birləşdirməsi demokratik hərəkata fayda verərdi. Bu birləşmə təkcə AXP və KXCP-ni deyil, bir sıra digər partiyaları da əhatə edə bilər. Yəqin ki, bu istiqamətdə də təşəbbüslər olacaq”.

Bəs nədən eyni platformada olan və daha güclü struktura malik Müsavatla deyil, məhz KXCP ilə birləşmək qərarına gəlindi sualına isə, Pənah bəy aqressiv cavab verdi: “Bu sualı Müsavata ünvanlayın”.

ELÇİN

www.yenicag.az

843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv