!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“CityNet” dələduzluğu bitmək bilmir: Hər gün yaşanan kəsinti insanların əsəblərini tarıma çəkib

!Reklam – Yazi

“CityNet” internet provayderi abunəçiləri narazı salmaqda davam edir.

Yenicag.az xəbər verir ki, internet provayderin keyfiyyətsiz təminatı və abunəçi narazılığına biganə münasibəti artıq pik həddə çatıb.

Belə ki, artıq Bakı şəhəri Yasamal rayonu ərazisində bir həftədən çoxdur davam edən internet kəsintisi hələ də yaşanmaqdadır. Səhər saatlarından günortaya qədər davam edən kəsintilər insanların işinə əngəl yaratmaqla bərabər, əsəb sistemlərini də korlayır.

Heç bir xəbərdarlıq edilmədən internet verilişinin dayandırılması sözügedən provayderin vətəndaş məmnunluğu prinsipini heçə saydığını sübut edir.

Fasiləsiz internet təminatı ilə bağlı öhdəlik götürən şirkətdən bildirilir ki, ərazidə müxtəlif işlər aparıldığından internet verilişində fasilələr yaşanır. Lakin bu fasilələrlə bağlı abunəçilər məlumatlandırılmır.

“CityNet” provayderi əvvəllər də olduğu kimi, vətəndaşlara düzgün xidmət göstərməməklə dələduzluq əməllərini davam etdirir.

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv