Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Civə satmaq istəyənlər tutuldu

İnsan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcəbədi rayon sakinləri, Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.

 

www.yenicag.az

1830
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM