!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Barselona" və "Bavariya" 1/4 finalda!

!Reklam – Yazi

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, keçirilən iki görüşdən sonra son 1/4 finalçılar bəlli olub.

Əslində, ilk oyunda “Beşiktaş”ı 5:0 hesabı ilə darmadağın edən “Bavariya”nın növbəti mərhələyə adladığı heç kimdə şübhə doğurmurdu. Hər halda İstanbulda keçirilən cavab matçında Şenol Günəşin komandasının möcüzəyə imza atacağı inandırıcı deyildi. Almanlar səfərdə də qalib gəlməklə, sürprizə imkan verməyiblər.

“Qarabağ”la eyni qrupda mübarizə aparmış “Çelsi” isə səfərdə “Barselona”nın qonağı olub. Londonda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatdığından cavab oyunu daha da gərgin və maraqlı keçəcəkdi. Amma Kataloniya təmsilçisi rəqibinə heç bir şans verməyib və darmadağınla qalib gələrək, son vəsiqəyə sahib çıxıb.

14 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya) 1:3
Qollar: V.Lav, 59 – Alkantara, 18. G.Gönül, 46-avtoqol. Vaqner, 84.
İlk oyun – 0:5

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) 3:0
Qol: Messi, 3; 63. Dembele, 20.
İlk oyun – 1:1

www.yenicag.az

4768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv