Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Yeniçağ.az -ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Çempionlar Liqasında mübarizəni davam etdirən 8 komanda 4 cütlüyə bölünüb.
Püşkün nəticəsini təqdim edirik.
Çempionlar Liqası
1/4 final
“Atletiko” (İspaniya) – “Lester” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya) – “Monako” (Fransa)
“Bavariya” (Almaniya) – “Real” (Madrid, İspaniya)
“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)
1/4 finalın ilk oyunları aprelin 11/12-də, cavab matçları 18/19-da keçiriləcək.