Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
“Yuventus” doğma azarkeşləri önündə “Real”ı, “Sevilya” isə “Bavariya”nı qəbul edib.
Hər iki qarşılaşma qonaqların qələbəsiylə başa çatıb. Xüsusilə “Real”ın səfərdə “Yuventus”u darmadağın etməsi diqqətçəkən olub.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
3 aprel
“Yuventus” (İtaliya) – “Real” (İspaniya) 0:3
Qol: Kristiano Ronaldo, 3; 64. Marselo, 72.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Turin, “Yuventus” stadionu.
“Sevilya” (İspaniya) – “Bavariya” (Almaniya) 1:2
Qol: Pablo Sarabia, 32 – Xesus Navas, 37-avtoqol. Tyaqo Alkantara, 68.
Baş hakim: Daniele Orsata (İtaliya)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu