ÇL-də 1/8 final həyəcanı: “Barselona” PSJ-yə, “Borussiya” “Benfika”ya qarşı

Bu gün 2 ay fasilədən sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək.

Yeniçağ.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutuacaq. Dortmundun “Borussiya” klubu “Benfika”nı qəbul edəcək.

Ən maraqla gözlənilən oyun isə Parisdə olacaq. Belə ki, “Barselona” PSJ-nin qonağı olacaq.

Qeyd edək ki, qrup mərhələsində məğlubiyyətin nə olduğunu bilməyən Fransa təmsilçisi “Barselona” ilə son 3 oyunda məğlub olub.

14 fevral
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)

23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)

 

Yeniçağ.az