!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

ÇL-in finalına təsadüf edən toy - Bəy "Liverpul" azarkeşidir, qız isə "Tottenhem"

!Reklam – Yazi

Bu gün Çempionlar Liqasının finalı keçiriləcək.

Yenicag.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Liverpul” və “Tottenhem” klubları üz-üzə gələcək.

Bu gecə həm də İngiltərə klublarına azarkeşlik edən Ceyms Aleksander və Ebbi Norman üçün əlamətdar olacaq.

Belə ki, “Tottenhem” azarkeşi Ceyms Aleksander və “Liverpul” tərəfdarı Ebbi Norman bir neçə ay öncə toy tarixini bu günə – 1 iyuna təyin ediblər. Ancaq onlar ağıllarına belə gətirməzdilər ki, bu tarixdə cütlüyün sevimli komandaları ÇL-in finalında üz-üzə gələcək.

Cütlük toyda matçın yayımını təşkil etməyi planlaşdırır, həmçinin qonaqlar azarkeşlik etdikləri komandalardan asılı olaraq müxtəlif tərəflərdə oturacaqlar.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

www.yenicag.az

1650
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv