Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
Yenicag.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 8 qrupda yarışan 32 komanda mübarizəyə başlayır.
Türkiyən təmsilçisi “Qalatasaray” ilk turda Rusiya çempionu “Lokomotiv”lə (Moskva) qarşılaşacaq.
“Barselona” PSV-ni, Çempionlar Liqasının finalçısı “Liverpul” PSJ-ni qəbul edəcək. Avropa Liqasının son qalibi “Atletiko” isə “Monako”nun qonağı olacaq.
18 sentyabr
Çempionlar Liqası, I tur
A qrupu
“Monako” (Fransa) – “Atletiko” (Madrid, İspaniya) – 1:2
Qollar: Qransir, 18 – Dieqo Kosta, 31, Xose Ximenes, 45
“Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) – 0:1
Qol: Pulisiç, 85
B qrupu
“İnter” (İtaliya) – “Tottenhem” (İngiltərə) – 2:1
Qollar: Mauro İkardi, 86, Matias Veçino, 90 – Kristian Eriksen, 54
“Barselona” (İspaniya) – PSV (Eyndhoven, Hollandiya) – 4:0
Qollar: Lionel Messi, 32, 77, 88, Dembele, 75
C qrupu
“Srvena Zvezda” (Serbiya) – “Napoli” (İtaliya) – 0:0
“Liverpul” (İngiltərə) – PSJ (Fransa) – 3:2
Qollar: Starric, 30 (1:0), Milner, 36-pen (2:0), Meunier, 40 (2:1), Mbappe, 83 (2:2), Firmino, 90+2 (3:2)
D qrupu
“Şalke” (Almaniya) – “Portu” (Portuqaliya) – 1:1
Qollar: Embolo, 64 (1:0), Otavio, 75-pen (1:1)
“Qalatasaray” (Türkiyə) – “Lokomotiv” (Moskva, Rusiya) – 3:0
Qollar: Rodrigez, 9, Eren Derdiyok, 67, Selçuk İnan, 90+4-pen