Co Bayden qəzaya düşdü: 4 maşın əzildi, yaralı var

cobaydenazvisionABŞ-ın vitse-prezidenti Co Baydenin avtomobil karvanı qəzaya düşüb.

AzVision.az “ABC News” telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 08:30-da Uilminqton şəhərində (Delaver ştatı) baş verib.

Məlumata görə, kortejdə olan nəqliyyat vasitələrindən biri idarəetməni itirərək 3 avtomobilə çırpılıb, nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəza zamanı vitse-prezident Co Baydenə zərər dəyməyib.