ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynanın dövlət başçısı Pyotr Poroşenko ilə telefon danışığı zamanı Rusiyanı Minsk razılaşmalarının pozulmasında ittiham edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Bayden və Poroşenko Rusiyanın Minsk razılaşmalarında əks olunan öhdəliklərinə etinasızlıqla yanaşmasından və Ukraynada vəziyyətin yenidən gərginləşməsindən narahatlıqlarını ifadə ediblər. Beynəlxalq tərəfdaşlarla birlikdə Moskvaya qarşı əlavə sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayıblar. Həmçinin, vitse-prezident Bayden Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların hücumunu pisləyib”, sənəddə deyilir.