ABŞ prezidenti Co Bayden Suriya ilə bağlı fövqəladə vəziyyət rejimini uzadıb.
Yenicag.az xəbər verir ki, o, Türkiyəni ittiham edib.
“Suriyadakı vəziyyət, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hərbi hücum həyata keçirmək üçün hərəkətləri İraq və Suriyada İŞİD-i məğlub etmək kampaniyasına xələl gətirir, mülki əhalini təhlükə altına alır və sülh, təhlükəsizlik, ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhdid yaratmaqda davam edir”, – deyə Ağ Evin saytında dərc olunan sərəncamda deyilir.