14:20
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ölkəsinin “lazımsız münaqişələr”ə qarışmayacağını bildirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Co Bayden bu barədə mühüm dövlət vəzifələrinə namizədlərini təqdim edərkən danışıb:
“Komandanın üzvləri son illərdə milli təhlükəsizlik və diplomatiya sahəsində ciddi uğurlar qazanıblar. Bu nailiyyətlər tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq təcrübəsinin nəticəsidir.
Məhz lazımsız hərbi münaqişələrə qarışmadan Amerikanın təhlükəsizliyini təmin edirik”.