!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çobanlar “Jeep”lə qəzaya düşdülər, yaralılar var - Zərdabda

!Reklam – Yazi

Zərdab şəhərinin girəcəyində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan “Jeep” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə maşında olan 3 nəfər xəsarət alıb. Onlardan birinə yerindəcə tibbi yardım göstərilib. Vəziyyətləri ağır olan iki nəfər – 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Paşazadə Toğrul Xalid oğlu və onun həmyerlisi Kazımov Ümid Şəmil oğlu Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan Toğrul Paşazadənin vəziyyəti ağır olduğu üçün az sonra təcili paytaxtın tibb müəssisələrindən birinə yola salınıb. Əldə edilən məlumata görə, o, kəllə-beyin travması alıb, kəllə-beyin sümükləri sınıb və daxili qanaxma yaşayıb.

Qəzaya düşmüş şəxslər Zərdab rayonunda yerləşən fermalardan birinin çobanlarıdır.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv