Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Dübrar yaylağında baş verib.
İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.