“Coca-Cola Məktəbli kuboku”nun yarışlarına start verildi

19 aprel 2017-ci il tarixdə Nəsimi rayonundakı orta məktəblərin VII sinif şagirdləri arasında təşkil olunmuş «Coca-Cola Məktəbli kuboku»nun yarışlarına start verildi.

Yarışda Nəsimi rayon ərazisində yerləşən 26 orta ümumtəhsil müəssisəsinin komandaları mübarizə aparacaqlar.

Açılış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin, AFFA-nın, Nəsimi rayon Gİİ-nin nümayəndələri iştirak etmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.

Yeniçağ.az