ANAMA martın 5-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
Agentlikdən “Report”a verilən məlumata görə, gün ərzində 2 evə baxış keçirilib, 105 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 200 kv.m ərazi yoxlanılıb.
30 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 122 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib 10 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (1 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 28 ədəd tank əleyhinə mina (4 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 841 422 kv.m ərazi (392 480 kv.m əl ilə, 207 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Yeniçağ.Az