!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cocuq Mərcanlıda 5 hektardan çox ərazi tam təmizləndi

!Reklam – Yazi

ANAMA dekabrın 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

Yenicag.az xəbər verir ki, gün ərzində kənddə 51 600 kv.m (5.16 ha) ərazi tam təmizlənib, 11 200 kv.m (1.12 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 62 800 kv.m (6.28 ha)), mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

16 gün ərzində 9 ədəd partlamamış hərbi sursat aşkar edilib, 486 346 kv.m (48.63 ha) ərazi tam təmizlənib, 156 900 kv.m (15.69 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

www.yenicag.az

1469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv