Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Coğrafi obyekt adlarının transliterasiyası ilə bağlı QƏRAR

Reklam: High Technic

Nazirlər Kabineti “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası Qaydaları”nı və “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası Qaydaları”nı təsdiq edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın 6.1.4-cü yarımbəndi ilə Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) milli transliterasiya standartlarının hazırlanması tapşırığı verilib.

Eyni zamanda, Nazirlər Kabinetinin 2020-ci il 20 fevral tarixli 64 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın 9-cu hissəsi ilə milli transliterasiya standartlarının hazırlanmasının başa çatdırılması və 10-cu hissəsi ilə bu standartlar əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın digər aidiyyəti qurumlarla birgə yaradılması AMEA-ya tapşırılıb.

Bu Qaydalar Azərbaycan Respublikasının coğrafi adlarının, habelə ölkə hüdudlarından kənarda mövcud olan Azərbaycan mənşəli coğrafi adların rus və ingilis əlifbalarına transliterasiyasının üsul və yollarını müəyyənləşdirir. Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması tapşırığının icrasının təmin edilməsində sözügedən Qaydalarda nəzərdə tutulmuş normalara istinad edilib. Həmin tapşırığın icrası ilə bağlı AMEA tərəfindən Milli Transliterasiya Sistemini təşkil edən 7 dilin (rus, ingilis, fransız, italyan, alman, ispan və fars) əlifbaları arasında transliterasiya cədvəlləri dövlət qeydiyyatına alınması üçün AMEA tərəfindən Azərbaycan Standartlaşdırma İnstitutuna göndərilib.

Uzun illərdir işğal altında olan torpaqlarımızın güclü ordumuzun hərbi müdaxiləsi və Azərbaycan Respublikası Prezidentinin dəqiq və düşünülmüş siyasi addımları nəticəsində Azərbaycana geri alınması qarşıda çox böyük işlərin görülməsini zəruri edir. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının dünya dilləri səviyyəsində düzgün və bir qaydada qəbul edilməsi ilkin olaraq əsas işlərdən biri hesab edilə bilər. Belə ki, Ermənistanla davam edən informasiya müharibəsi şəraitində Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının transliterasiyası məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bu məsələnin əhatə dairəsinin genişliyini və əhəmiyyətini nəzərə alaraq müvafiq Qaydaların təsdiq edilməsi çox zəruri hesab edilmiş və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli 365-IIQ nömrəli Qanununa əsasən mütəxəssislər tərəfindən hazırlanmış layihələr Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının sədri – Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılaraq Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib.

www.yenicag.az

222