“Rusiyaya səfərimin məqsədi ABŞ və Rusiya arasında dialoqu davam etdirməkdir”.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizilik məsələləri üzrə müşaviri Con Bolton bildirib.
“Rusiyaya səfərimin məqsədi Donald Tramp və Vladimir Putinin Helsinkidə apardıqları danışıqların davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir. Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz daha Rusiyanın 2016-cı ildəki kimi ABŞ-dakı seçkiyə müdaxilə cəhdlərini görmürük. Biz daha çox Çinin müdaxiləsindən narahatıq”, – deyə o, qeyd edib.
Con Bolton bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin – İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcək.
Qeyd edək ki, Bolton oktyabrın 20-də Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyaya səfər edəcək.