ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton yanvar ayında Türkiyəyə səfər edəcək.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbaut katibi Ömər Çelik bildirib:
“Con Bolton yeni ilin ilk günləri Türkiyəyə səfər edəcək”.
Türkiyəli diplomatın sözlərinə əsasən, səfər çərçivəsində əsas mövzu Suriyadakı vəziyyət olacaq.