!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Con Boltondan Çinə ağır ittiham: "Texnologiya oğurluğu ilə məşğuldurlar"

!Reklam – Yazi

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Çini öz beşinci nəsil qırıcı təyyarəsini hazırlamaq üçün ABŞ-ın “F-35” beşinci nəsil qırıcı təyyarəsinin texnologiyasını oğurlamaqda ittiham edib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Ev rəsmisi məlumat verib.

“Hərbi texnologiyaların Çinə getməsindən narahatıq. Məsələn, Çinin beşinci nəsil qırıcı təyyarəsi “F-35”ə çox bənzəyir. Çünki elə “F-35”dir. Əslinə qalsa, onu bizdən oğurlayıblar”, – deyə o qeyd edib.

Daha əvvəl C.Bolton Rusiyanı da hipersəs silahlarını hazırlayarkən oğurladığı ABŞ texnologiyalarından yararlanmaqda ittiham etmişdi./Report/

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv