Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Con Boltonun Türkiyə səfərinin tarixi bəlli oldu

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Türkiyəyə səfər edəcəyi tarix bəlli olub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, 2019-cu il yanvarın 8 və 9-da Türkiyəyə səfər edəcək.

Dekabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik qeyd edib ki, C.Bolton Türkiyəyə Yeni ildən sonra səfər edəcək və Türkiyənin rəsmi şəxsləri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.

Bolton dekabrın 28-də verdiyi açıqlamada, yanvarda Türkiyə və İsrailə səfəredəcəyini və səfər zamanı ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin növbəti mərhələsini müzakirə edəcəyini bildirib.

 

www.yenicag.az

2309
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100