Reklam

Reklam

143576_res_01ABŞ-ın dövlət katibi Con Kerri çərşənbə axşamı Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib və ölkənin Avropanın enerji daşıyıcıları bazarında mühüm rol oynadığını vurğulayıb.

“Report” xəbər verir ki, bu barədə dövlət katibinin təbrikində deyilir: “Azərbaycan Avropa bazarına enerji daşıyıcılarının tədarükçüsü qismində mühüm rol oynayır və ABŞ sizin regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərinizi tam dəstəkləyir”.

Dövlət katibi, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir.

O əlavə edib ki, ABŞ Azərbaycanın ölkənin dinc və stabil gələcəyinə zəmanət verən iqtisadi inkişafını, onun vətəndaşlarının ifadə azadlığını və onların siyasi həyatda iştiraklarını dəstəkləyir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 165
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."