Con Kerri Moskvaya çağırış etdi

63419“Rusiya Ukraynada qan tökülməsinin dayandırılmasına sadiq olduğunu nümayiş etdirməli, ordusunu qonşu ölkədən çıxarmalı və atəşkəs rejiminə əməl etmək üçün separatçılara təzyiq göstərməlidir”.

Yenicag.az anspresss-ə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri Kiyevə səfəri zamanı deyib.

O bildirib ki, rəsmi Vaşinqton bu münaqişənin dinc yolla həllinin tərəfdarıdır, amma Rusiya tanklarının Ukrayna sərhədini keçməsinə göz yuma bilməz.

Ukrayna prezidenti Pyotr Poroshenko ilə görüşdən sonra açıqlama verən Kerri tərəfləri atəşi dayandırmağa və Minsk razılaşmasında nəzərdə tutulduğu kimi ağır silahları təmas xəttindən geri çəkməyə çağırıb.

Kerri deyib ki, Moskva Ukrayna ilə Rusiya arasındakı beynəlxalq sərhədə hörmətlə yanaşmalıdır. Bu münaqişənin həlli və Rusiyanın beynəlxalq təcrid vəziyyətindən çıxmasının yeganə yoludur.