Con Kerri və Ancelina Coli iftar yeməyində – Fotolar

john-kerry-ve-angelina-jolie-iftar-yapti-7225374Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Con Kerri və BTN-nin xoşməramlı səfiri, aktrisa Ancelina Coli Dünya Qaçqınlar Günü münasibətilə iftar yeməyində bir araya gəliblər.

Çıxışına “Salamın Aleykum” sözləriylə başlayan Kerri, müsəlman dünyasının müqəddəs ayı münasibəti ilə təbrik edərək “Ramazan-ı Kərim” ifadəsini işlədib. Daha sonra, o, ABŞ-da yaşayan qaçqınların hər hansı bir təhdidə məruz qalmadıqlarını, insanları din və ya ölkələrinə görə ayırd etmənin ABŞ dəyərlərinə zidd olduğunu vurğulayıb.