Britaniyanın Baş naziri Boris Conson saat 06:00 radələrində Cənubi London bölgəsində polisin narkotik tacirlərinə qarşı keçirdiyi əməliyyata qatılıb.
Yenicag.az xəbər verir ki, basqın zamanı yuxudan oyanan şübhəli qarşısında Baş naziri görəndə şoka düşüb.
Maraqlısı budur ki, şübhəli şəxs həmin anları lentə almağı və sosial şəbəkədə paylaşmağı da unutmayıb.
O, “Boris Conson və polis mənim evimə basqın edib, – deyə paylaşım edib. Conson isə telefonla onu qeydə alan şübhəliyə gülümsəyərək, “Necəsən?”, – sualını verib.
Yerli mətbuata danışan və sosial media hesablarında Splinter Sales təxəllüsündən istifadə edən şəxs “Mən şoka düşdüm. Gecə sərxoş idim, oyandım və qarşımda Boris Consonu gördüm. Mən xəyal etdiyimi düşündüm”, – deyib.
Britaniya polisinin mətbuata verdiyi açıqlamada, əmlakla bağlı heç bir cinayət tapıntısının olmadığını və bu çərçivədə həmin şəxsi həbs etmədiyini bildirib./Unikal/