!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Consonun istefası və kollektiv Qərbin UKRAYNA SİYASƏTİ: “Şəxsiyyət faktoru mühüm olsa da...” – ŞƏRH

!Reklam – Yazi

“Soyuq müharibə” dövründən bu yana Qərbin Rusiya təhlükəsinin önlənməsinə qarşı sabit strategiyası mövcuddur”.

Bu fikirləri Böyük Britaniyanın Baş naziri Boris Consonun öz istefasını bəyan etməsindən sonra Londonun Ukrayna ilə bağlı dəstək siyasətinin dəyişmə ehtimalını dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib

Politoloqun fikrincə, Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya dəstək məsələsində Qərbin yaratdığı mexanizmin işləkliyi azalmayacaq:

“Doğrudur, istənilən ölkənin yürütdüyü siyasətdə dövlət başçısının mövqeyi və yanaşması çox mühüm, hətta müəyyən mənada həlledici faktor kimi çıxış edir. Ancaq Böyük Britaniyanın oturuşmuş, sabit bir ölkə olduğunu nəzərə aldıqda onun istiqamətləri konkret müəyyənləşmiş xarici siyasətinin olduğunu unutmamalıyıq.

Digər tərəfdən, bu gün Qərb ölkələrinin Ukrayna ilə bağlı artıq koordinasiya edilən, hədəf və məqsədləri aydın olan fəaliyyət modeli ortadadır. Bu çərçivədə atacaqları addımların qrafikini də dəqiqliklə tərtib ediblər və tam anlaşma şəraitində birgə hərəkət edirlər.

Eyni zamanda, haqqında danışdığımız mexanizmin yaradılması ayrılıqda Consonun, yaxud da Makronun xidməti deyil. Ümumiyyətlə, bunun arxasında “Soyuq müharibə”dən sonra Qərbin Rusiyanın təsirlərini, ondan gələcək təhlükələri azaltmağa və NATO-nu daha da gücləndirməyə hesablanmış konseptual siyasəti dayanır.

Ona görə də bu siyasətin davamlılığı ayrı-ayrı fərdlərdən asılı deyil. Bu baxımdan, Ukraynaya dəstək məsələsində kollektiv Qərbin mövqeyində ciddi dəyişikliyin olacağı gözlənilmir”.

A.Zeynalov

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv