COP29 çərçivəsində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

COP29 konfransı çərçivəsində TƏBİB gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Yeni Klinika”da COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə “Report”un sualına cavabında deyib.

“Nazirlər Kabinetinin qərarına əsasən, COP29 ərəfəsində bəzi qurum və təşkilatların iş rejimində dəyişikliklər olacaq. Lakin TƏBİB-in tərkibindəki tibb müəssisələri və Birliyin idarəetmə aparatı gücləndirilmiş rejimdə işləyəcək”, – o bildirib.

COP29