Millətlər Cəmiyyəti Katibliyi, “Gender Hub Azərbaycan”, Davamlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu və “THE” Beynəlxalq Cımiyyətinin birgə təşkilatçılığı ilə COP29 yan tədbiri keçirilib.
Yenicag.az xəbər verir ki, “Qadınların yaşıl bacarıqlarının təkmilləşdirilməsi: Birlik təcrübəsi əsasında” mövzulu tədbir Mavi Zonada baş tutub.
Azərbaycan, Pakistan, İngiltərə kimi ölkələrdən iştirakçıların qatıldığı tədbirdə iqlim dəyişikliyinin həssas qruplara, xüsusən də qadınlara və gənclərə qeyri-mütənasib təsirləri ilə mübarizə aparmaq üçün qadınların yaşıl bacarıqlarla təchiz edilməsi zərurəti müzakirə olunub.
Çıxış edən Pakistan-Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab iqlim dəyişikliyinin təkcə ekoloji problem olmadığını, bunun mövcud bərabərsizlikləri gücləndirən humanitar böhran olduğunu deyib. O, iqlim böhranından qaynaqlanan təbii fəlakətlərin qadınlara və uşaqlara təsirindən danışıb.
Tədbir panel müzakirələri ilə davam edib.