Ermənistan Bakıdan COP29 konfransında iştirak etmək üçün dəvət alıb.
Yenicag.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanın COP29 konfransında iştirakı məsələsi hökumət tərəfindən müzakirə olunur: “Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli üçün, həm də tədbirin gündəliyinə görə bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyi ilə bağlı ən mötəbər beynəlxalq tədbirdir. Bütün qeyd etdiyim halları nəzərə alaraq, yaxın vaxtlarda Ermənistanın hansı səviyyədə təmsil olunacağı ilə bağlı qərar qəbul edəcəyik”.
XİN rəhbərinin müavini jurnalistin “Ararat Mirzoyanın COP29-a qatılması mümkündürmü?” sualına cavabında deyib ki, heç bir variant istisna edilmir.
Onun sözlərinə görə, hər şey qarşıdakı həftələrin inkişafından asılıdır.