!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP29 dövründə bölgələrə səfər etməyin ÜSTÜNLÜKLƏRİ

!Reklam – Yazi

Məlum olduğu kimi, noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 konfransı start götürəcək.

Dünyanın diqqət mərkəzində olan konfransa xaricdən 80 minə yaxın qonağın gəlməsi gözlənilir. Onların böyük hissəsi isə əsas rəsmi tədbirlərin keçiriləcəyi Bakıya üz tutacaqlar.

MÖVZU İLƏ BAĞLI:

COP29-da bu şəxslər üçün qidalanma ÖDƏNİŞSİZ OLACAQ

Turist axını sıxlığa səbəb ola bilər

Şəhərimizə çoxsaylı qonaqların gələcəyi nəzərə alınaraq, hökumət tərəfindən bir sıra qabaqlayıcı tədbirlərin görülməsi bağlı qərarlar verilib. Belə ki, COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək. Qəbul edilən qərara əsasən, əksər dövlət qurumlarında işçilərin 70 faizinin məsafədən işləməsi təmin ediləcək.

Eyni zamanda, təhsil müəssisələrində tədrisin təşkilində də müəyyən dəyişikliklər olacaq. Ali təhsil müəssisələrində dərslər məsafədən təşkil olunacaq. Orta məktəblərdə isə payız tətilinin müddəti uzadılıb.

Bütün bu faktorları nəzərə alsaq, Bakıda yaşayan çoxsaylı vətəndaşların bölgələrə səfər etməsi üçün əlverişli imkanın yarandığı görünür.

Bu vəziyyət regional turizmin inkişafına da töhfə verə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi tarixi hadisədir:

“COP29 konfransı dünyanın ən böyük, irihəcmli beynəlxalq tədbiridir və bunun Azərbaycanda keçirilməsi Azərbaycan üçün böyük tarixi hadisədir. Bu tədbiri keçirmək olduqca mürəkkəbdir və birdən-birə Bakı şəhərinə on minlərlə qonaqların gəlməsi, onların müşayiət olunması, mühafizəsinin təşkili və onlar üçün problemsiz, vaxtında hərəkət nəqliyyatının düzgün təmin edilməsi o qədər də asan deyil. Amma bizim dövlət qurumları artıq kifayət qədər vaxtdır ki, bunun üzərində işləyiblər”.

Vətəndaşların regionlara səfərinin üstünlükləri

Deputat tədbirin keçirildiyi müddətdə və ondan öncə ardıcıl qeyri-iş günlərindən istifadə edərək vətəndaşların bölgələrdə istirahət etməsini müsbət qiymətləndirib.

Musa Quliyev regionlara səfərlərin təşviqi istiqamətində təbliğat və maarifləndirmə işlərinin aparılmasının vacibliyindən də söz açıb. Millət vəkili COP29 dönəmində bölgələrə səfər etmək təşəbbüsünü dəstəklədiyini də vurğulayıb.

“COP29 vaxtı kiminsə harasa getməsi könüllüdür. Pandemiya dövründə olduğu kimi kiminsə evdən çıxması, müəyyən saatlarda hərəkətinin dayandırılması kimi qaydalar olmayacaq. Vətəndaşların bayramda və qeyri-iş günlərində rayonlara getməsi sərbəstdir. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Yaxşı olar ki, bölgələrdəki otellər qiymətləri əlçatan edər, aşağı salardılar ki, çox adam bu günlərdən yararlanıb gedə bilsin. İstənilən halda, bu təşəbbüsü dəstəkləyirəm”.

COP29

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv